Neftçi Dmitri Kramarenkoya görə cərimələndi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 23-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
"Kəpəz” - “Sumqayıt” matçında “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
AZAL - “Rəvan” matçının 51-ci dəqiqəsində AZAL-ın futbolçusu Qvanzav Maqomedov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
"Zirə” - “Neftçi” matçında “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 43-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Cavid İmamverdiyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 1-ci hissəsi başa çatdıqdan sonra “Neftçi”nin məşqçisi Dimitri Kramarenko qaydaları pozduğuna görə texniki zonadan kənarlaşdırılıb. Bu səbəbdən məşqçi 1 oyun cəzalanıb, klubu 1000 manat cərimə olunub.
"İnter” - “Qarabağ” matçında “İnter”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
