1 mart 2016 12:15
Emin Ağayev: Neftçidən təklif gəlsə, gəlməyə hazıram
Azərbaycan yığmasının sabiq müdafiəçisi, hazırda Rusiyanın "Volqa" (Tver) klubu çalışdıran Emin Ağayev "Neftçi"də Əsgər Abdullayevi əvəz edəcəyi barədə yayılan xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mətbuatı izləyirəm. Amma bu klubu çalışdırmağa namizədlər arasında adıma rast gəlməmişəm. Şübhəsiz ki, bu klubdan mənə dəvət gəlsə, oraya gəlməyə, müzakirələrə hazıram. "Neftçi" böyük klubdur. Orada çalışmaq fəxrdir".
