1 mart 2016 12:00

Əfran İsmayılov: Xal itkiləri olsa da, bizdə hər şey qaydasındadır

"Qarabağ"ın yarımmüdafiəçisi Əfran İsmayılov Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyundan sonra azerisport.az saytının suallarını cavablandırıb.

- "İnter"lə oyunda üstün olduğunuz halda, qələbə qazanmağınıza nə mane oldu?
- Hər matçda qələbə qazanmaq olmur. Özü də "İnter" kimi ağıllı futbol oynayan rəqiblə görüşlərdə. Onların həmişə öz oyun sistemləri olub.

- Birinci hissədə komandanız rəqib qapısına zərbə də endirə bilmədi...
- Bəli, fasiləyə qədər rəqib müdafiəsini yara bilmədik. İkinci hissədə isə öz oyunumuzu tapdıq və qol vurduq.

- Sizə elə gəlmir ki, bərabərlik qolunu tez vursaydınız, qələbə qolunu da vura bilərdiniz?
- Bir qədər də əlavə vaxt olsaydı, vurardıq. Amma yaxşı ki, uduzmadıq, bir xal qazandıq.

- "Qarabağ"ın bir qol vurması rəqib müdafiəsinin yaxşı olmasından irəli gəlir, ya sizin qeyri-dəqiqliyinizdən?
- "İnter" müdafiə futbolu sərgilədi və bunu çox səliqəli şəkildə həyata keçirdi. Onlara qarşı oynamaq çox çətin idi.

- Siz meydana ikinci hissədə çıxdınız və ondan sonra rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər artmağa başladı...
- Komandama kömək etməyə çalışdım. Başa düşürdüm ki, rəqib müdafiəsini yarmaq çox çətindir. Əlimdən gələni etdim ki, bu baxımdan komandama faydam dəysin.

- "Qarabağ"ın qolunu Rəşad Sadıqovun vurması sizin üçün gözlənilməz olmadı ki?
- Rəşad kapitanımızdır. Həmişə komandamızı çətin vəziyyətlərdə xilas etməyə çalışıb. Bu qolu ilə də növbəti dəfə kapitanlığını isbatladı. Onun necə oyunçu olduğunu hamı bilir.

- Oyun zamanı siz bir neçə dəfə hakimi alqışlamaqla etirazınızı bildirdiniz...
- Hakimlikdən danışmaq istəmirəm. Həmişə onların tərəfini saxlamışam, çünki onlar da insandır. İndi onlar səhv edirlər, başqa bir vəziyyyətdə biz. Ona görə də heç vaxt hakimlər haqda danışmaq istəmirəm.

- "Qarabağ"ın çempionluq yolunda iki vacib xal itirməsi hədəfinizə çatmağa mane olmayacaq?
- Xeyr. Futbolda xal itkiləri də olur. "Qəbələ" də son turda "Xəzər Lənkəran"la heç-heçə oynadı. Hansı ki, bunu heç kim gözləmirdi. Bizdə hər şey qaydasındadır. Əsas öz oyunumuzu itirməməliyik.

- Növbəti turda sizi əsas izləyiciniz "Zirə" ilə oyun gözləyir...
- Çətin oyun olacaq. "Zirə" yeni komandadır. Amma onların çıxışını hər kəs görür. İstəkli komandadır. Beş turdur ardıcıl qələbə qazanır, yaxşı formadadır. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq. Çünki yenidən çempion olmaq istəyirik.

- Sabah isə kubokun 1/4 final mərhələsi çərçivəsində "Sumqayıt"la ilk oyununuz var. Yəqin ki, cütün taleyini ilk oyundaca həll etməyə çalışacaqsınız...
- Bu matça ciddi hazırlaşırıq. Bizə lazım olan nəticəni qazanmaq istəyirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.