1 mart 2016 11:40
Ramin Musayev Klublar Komitəsinin iclasında
Bu gün - martın 1-də “Boulevard Hotel Baku” otelində Klublar Komitəsinin növbəti iclası start götürüb. Azerisport.az xəbər verir ki, komitənin iclasında bir sıra məsələlər müzakirəyə çıxarılacaq.
Belə ki, elita təmsilçiləri "Kəpəz"in ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunun durumunu müzakirə edəcək. Eyni zamanda AFFA İcraiyyə Komitəsinin qarşıdakı iclasında müzakirə üçün bəzi təkliflər hazırlanacaq.
Qeyd edək ki, Klublar Komitəsinin bu iclasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də iştirak edir.
