1 mart 2016 00:10

Qəbələ Zirə ilə oyun öncəsi Dodo və Antonova qovuşdu

“Qəbələ” Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Zirə” ilə ilk oyununun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, Topaz Premyer Liqasının 23-cü turunun fevralın 27-də keçirilən “Xəzər Lənkəran”la ev oyununun (0:0) ardından məşqlərə ara verməyən “qırmızı-qaralar” kubok matçının hazırlığına başlayıb.

Günün ilk yarısında baş tutan məşq prosesində komanda iki qrupa bölünüb. Son turun matçında iştirak edənlər bərpaedici məşqlə kifayətlənib. Digər oyunçular isə toplu çalışmalara üstünlük verib. Roman Qriqorçukun yetirmələri ötən gün səhər məşqini də Qəbələdə gerçəkləşdirib. “Xəzər Lənkəran”a qarşı oynayanlar fiziki hazırlıq keçiblərsə, digərləri toplu məşq ediblər. Zədədən sonra komandaya qoşulan Aleksey Antonovla Dodo da “Zirə” ilə matçın hazırlıqlarına qatılıblar. Braziliyalı komanda ilə, ukraynalı isə fərdi məşq edib. Bu gün səhər Bakıya yola düşəcək komanda oyuna hazırlıqları paytaxtda yekunlaşdıracaq.

Xatırladaq ki, kubokun 1/4 final mərhələsinin “Zirə” – “Qəbələ” oyunu martın 2-də keçiriləcək. Qarşılaşma saat 18:00-da başlayacaq. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.