29 fevral 2016 21:00
Çelidze: Rəvanda maliyyə problemi olduğunu bilib, ayrılmağa qərar verdim
Rusiyalı yarımmüdafiəçi Sandro Çelidze bu qış "Rəvan"a keçə bilərmiş. Azerisport.az saytına açıqlamasında bunu futbolçunun özü bildirib və transferin baş tutmamasının da səbəblərini izah edib:
"Rəvan"da qalmağı planlaşdırırdım. Amma sonradan bildim ki, klubda maliyyə problemləri var. Ona görə də bu komandada qala bilmədim. Bütövlükdə, komandada hər kəslə gözəl münasibətim var idi. Məni isti qarşıladılar. Özümü yaxşı tərəfdən göstərə bildim. Hazırda özümə klub tapmamışam. Bundan sonra necə olacağını da bilmirəm".
Qeyd edək ki, 24 yaşlı futbolçu vaxtilə "Anji", "Dağdizel" və Vladimir "Torpedo"sunda çıxış edib.
