29 fevral 2016 20:30
Neftçinin iki futbolçusu Dauqavada
“Neftçi”nin 2 futbolçusu - Mirabdulla Abbasov və Orxan Qurbanlı Latviyanın “Dauqava” klubuna icarəyə veriliblər. Azerisport.az xəbər verir ki, müqaviləyə görə hər iki futbolçumuz 2016-cı il iyun ayının 15-dək Dauqavpils şəhəri təmsilçisinin formasını geyinəcəklər.
Qeyd edək ki, Latviya çempionatının (2012) və kubokunun (2008) qalibi olmuş “Dauqava” 2 dəfə (2011-ci və 2013-cü illərdə) bürünc medala sahib çıxıb. Heyətində 4 ukraynalı futbolçu olan “Dauqava” klubunun əsası yerli oyunçulardan qurulub. Onlardan biri - Daniles Yakovlev qış transfer dövründə İtaliyanın “Peruca” klubu tərəfindən transfer edilib. (klub saytı)
