29 fevral 2016 17:20
AFFA Qasımovun yubileyini təbrik etdi
Gəncə futbolunun canlı əfsanəsi Müzəffər Qasımovun 75 illik yuliyeyi təmtəraqlı şəkildə qeyd olunub. Azerisport.az xəbər verir ki, yubiley münasibəti ilə təşkil olunan ziyafətdə AFFA və “Kəpəz”in rəsmiləri, futbol veteranları və azarkeşlər iştirak edib.
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri, “Kəpəz”in Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu yubilyarı təbrik edərək, ona milli komandanın üzərində soyadı yazılmış 75 nömrəli formasını hədiyyə edib.
“Kəpəz” klubu adından danışan icraçı direktor Mehman Allahverdiyev Müzəffər Qasımov kimi futbol veteranlarının dəyərli tövsiyyələrinə daim ehtiyac olduğunu vurğulayıb. Çıxışının sonunda Allahverdiyev yubilyara komandanın formasını bağışlayıb. (klub saytı)


