29 fevral 2016 17:00
Millimizin sabiq müdafiəçisi İrəvanda meydana çıxdı
Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Abdulla Abatsiyevin Rusiyanın "Torpedo" (Armavir) klubuna keçdiyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, artıq bu komanda Rusiya 1-ci divizionuna hazırlığın həlledici mərhələsini həyata keçirmək üçün Ermənistanın paytaxtı İrəvana yollanıb.
Sözügedən komanda bu şəhərdəki toplanış çərçivəsində ilk yoxlama oyununu da keçirib. "Torpedo" yerli "Banants"la qarşılaşıb və 0:1 hesabıyla məğlub olub. Abatsiyev matçın ikinci hissəsində meydana çıxıb.
Qeyd edək ki, vaxtilə "İnter"də çıxış etmiş Abatsiyev ölkəmizdən ayrılarkən Azərbaycan vətəndaşlığından da imtina edib.
