Mirkamil Həşimli: Ola bilər ki, yayda yenidən Türkiyəyə qayıdım
"Rəvan"ın yarımmüdafiəçisi Mirkamil Həşimli Türkiyə mətbuatının onun barəsində yazdığı fikirlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, həm də "Fənərbaxça"dan ayrılmasının əsl səbəblərindən söz açıb:
"Türkiyə mətbuatı məni "Fənərbaxça"dan ayrıldığıma görə tənqid edib. Amma onlar mənim bu klubdan ayrılmağımın əsl səbəblərini tam izah etməyiblər. Çünki mənim yaşım artdıqca, orada qala bilməzdim. Həmin heyətdən əsas komandaya yalnız Mərt Uyqar keçə bildi. Mən isə Azərbaycana qayıtmalı oldum. Həmin dövrdə Türkiyənin başqa klublarından da mənə dəvət var idi. Amma yarım il həmin klubların gənclərdən ibarət komandasında oynamalı idim. Bu üzdən də sonra necə olacağını bilmirdim. Buna görə də Azərbaycana dönməyə qərar verdim. Yaya kimi oynayacağam. Ondan sonrasına baxarıq. Ola bilər ki, yenidən Türkiyəyə qayıdım".
