29 fevral 2016 16:00
PFL Böyük oyunun başlama vaxtını dəyişmək istəmədi
"Xəzər Lənkəran" Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində qarşılaşacağı "Neftçi" ilə ilk oyunun vaxtının dəyişdirilməsi ilə bağlı Peşəkar Futbol Liqasına məktub göndərib. Azerisport.az xəbər verir ki, cənub klubu "Böyük oyun"un saat 14:00-da yox, 16:00-da start götürməsini xahiş edib.
Amma PFL-dən aldığımız məlumata görə, buna ciddi bir səbəb olmadığından, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi, 14:00-da start götürəcək.
