29 fevral 2016 15:40
Rüfət Dadaşov: Hazırda çox yaxşı formadayam
Almaniyanın "Germaniya Halberştadt" klubunun hücumçusu Rüfət Dadaşov komandasının son turlardakı uğurlu çıxışı, eləcə də özünün vurduğu qollarla bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında millimizin sabiq forvardı bunları söyləyib:
"Hazırda çox yaxşı formadayam. Oyunumdan həzz almağa çalışıram. Şadam ki, tez-tez qol da vurmağa başlamışam. Qış fasiləsi zamanı öz üzərimdə səylə çalışmışam. İndi yaxşı oynamağım, qollar vurmağım da həmin əziyyətimin bəhrəsidir. Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin mənim oyunumu, vurduğum qolları izləyib-izləmədiyini bilmirəm".
