29 fevral 2016 15:00

Hüseyn Məhəmmədov: Neftçi Avroliqaya çıxsa belə, bu heyətlə heç nəyə nail ola bilməyəcək

Azərbaycan yığmasının və "Neftçi"nin sabiq qapıçısı Hüseyn Məhəmmədovun azerisport.az saytına müsahibəsi

- "Neftçi"dən qovulandan sonra elə də çox işsiz qalmadınız...
- Bəli, mənə birinci divizion klubu "Qaradağ Lökbatan"dan dəvət gəldi. Burada uşaq futbolu üzrə akademiyada çalışıram. Sadıq Sadıqov sağ olsun ki, belə bir imkan yaratdı. "Neftçi"də az iş görməmişdim. Klubun yetirmələri indi Azərbaycanın müxtəlif yığmalarında oynayır.

- "Neftçi"dən qalmaqalla ayrıldığınız üçün bundan sonra heç bir Premyer Liqa klubunun sizinlə maraqlanmayacağından qorxmursunuz?
- Hər şeyin o dərəcədə pis olacağını düşünmürəm. Hələ ki, məşqçi kimi burada təcrübə yığmağa çalışacağam. Azərbaycan futbolunda məni hər kəs tanıyır.

- "Neftçi"nin son turda "Zirə"yə böyük hesabla uduzmasını necə qarşıladınız?
- Pis. "Zirə"nin bu komandaya üç qol vuracağını gözləmirdim. "Neftçi"dən getsəm də, yenə ürəyim bu komanda ilədir. Komandanı bu vəziyyətdə görmək çox üzücüdür.

- Sizcə, "Neftçi" niyə indiyə kimi debütanta heç bir oyunda qalib gələ bilmir?
- Problem oyunçu seçimindədir. Futbolçuların səviyyəsi aşağıdır. Düzdür, komandada gənc və perspektivli oyunçular az deyil. Amma bu heyət böyük hədəflərə çatmaq üçün yetərli deyil. Onlar gələcəkdə nəsə edə bilərlər, amma indi yox. Mən bildiyimə görə, rəhbərlik də komandanın qarşısına yüksək hədəflər qoymayıb.

- Rəhbərlik əsas hədəfin avrokuboklara vəsiqə qazanmaq olduğunu deyir...
- Bu, real deyil. Hətta nəyinsə sayəsində avrokuboklara vəsiqə qazansalar da belə, orada bu heyətlə heç nəyə nail ola bilməyəcəklər.

- Komandada altı legioner var...
- Yenicə gələn Nikolas Kanalesi çıxmaq şərtilə, mən onlardan heç birini komandada saxlamazdım. Onlar kluba xeyir vermirlər. Onların hamısını "Neftçi"dən qovardım. Gənc oyunçulara nə verə bilirlər ki? Demək olar ki, heç nə.

- Bəlkə məsələ heç də legionerlərin səviyyəsində deyil?
- Əsgər Abdullayevdən nəticə tələb etmək çətindir. Çünki bu heyəti o yığmayıb. Belə oyunçularla nəticə vermək çətindir. Mən onu günahlandırmazdım. Həm də bilmək olmaz, bəlkə də o, komandasına inanır və nəyisə dəyişə biləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.