29 fevral 2016 14:30
Neftçi Lənkəranda məşq etməyəcək
"Neftçi" Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində qarşılaşacağı "Xəzər Lənkəran"la ilk oyuna hazırlığa start verib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun baş məşqçisi Əsgər Abdullayev matçın keçiriləcəyi Lənkəran şəhər stadionunda məşqdən imtina edib.
Komanda sabah da öz bazasında məşqə çıxacaq, bir gün sonra isə Lənkərana yollanacaq.
Qeyd edək ki, bakılıların heyətində bu görüş öncəsi bir neçə itki var. Məqsəd İsayev, Məhəmməd Qurbanov və Kamran Nəcəfzadə zədə səbəbindən komandasına kömək edə bilməyəcək.
