29 fevral 2016 12:30
Rəvan - Kəpəz matçının günü dəyişdirildi
Topaz Premyer Liqasının 24-cü turunun oyun cədvəlində dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, hər iki klubun razılığını və oyunun canlı yayımlanmasını rəhbər tutan Peşəkar Futbol Liqası “Rəvan” - “Kəpəz” matçının əvvəlcədən nəzərdə tutulduğu kimi 5 martda deyil, 6 martda keçirilməsinə qərar verib. (PFL)
