29 fevral 2016 12:15
Azərbaycan Niderlandla oyun öncəsi yoxlama matçı keçirəcək
Futzal üzrə Azərbaycan yığmasının dünya çempionatına vəsiqə uğrunda Niderlanda qarşı keçirəcəyi pley-off oyunlarının hazırlığına nə vaxt start verəcəyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, Tino Peresin çalışdırdığı komandamız martın 7-də Bakıda bir araya gələcək.
Millimiz ayın 17-dək paytaxtda hazırlıq keçəcək. Bu müddət ərzində futzalçılarımız bir yoxlama görüşünə də çıxacaqlar. Amma rəqibin kimliyi hələlik, bəlli deyil. Martın 18-də isə Azərbaycan yığması Niderlanda yola düşəcək.
Qeyd edək ki, Niderlandla Azərbaycan arasındakı ilk oyun martın 22-də rəqib meydanında baş tutacaq. Cavab görüşü isə aprelin 12-də Bakıda keçiriləcək.
