29 fevral 2016 00:45
Emil Balayevsiz Ayntraxt xal itirdi
Almaniya Bundesliqasında 23-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası - "Ayntraxt" da növbəti matçına çıxıb.
Frankfurt təmsilçisi doğma meydanda "Şalke" ilə qarşılaşıb. Matç qolsuz başa çatıb - 0:0. Emilin adı bu dəfə də matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Ayntraxt" hazırda 23 xalla 15-ci pillədə qərarlaşıb.
