28 fevral 2016 20:15
Samir Məsimovsuz Domjale uduzdu
Sloveniya çempionatında 23-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun komandası - "Domjale" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Krka" ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Məsimovun adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Domjale" geridə qalan turlarda topladığı 38 xalla üçüncü pillədə qərarlaşıb.
