Nuqzar Kvirtiya: Rəvana 2-ci qolu vurmağa borclu idim
AZAL-ın yarımmüdafiəçisi Nuqzar Kvirtiya Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində "Rəvan"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, 1:0 hesablı qələbələrini belə şərh edib:
"Tərlan Əhmədov bütün həftə ərzində bizə bu oyunun ağır keçəcəyini deyirdi. O, "Rəvan"ın aqressiv futbol sərgilədiyini izah etmişdi. Bizə qarşı doğrudan da yaxşı oynadılar. Hətta qol da vurdular, amma həmin epizodda oyundankənar vəziyyət var idi. Biz isə ikinci yarıda azlıqda qalandan sonra çətinliklə üzləşdik. Buna baxmayaraq, qol vura, qələbə qazana bildik. Əfsuslar olsun ki, penalti zamanı ikinci qolu vura bilmədim. "Neftçi"yə də penaltini məhz elə vurmuşdum. Amma bu dəfə "Rəvan"ın qapıçısı zərbəmi dəf etməyi bacardı. Güclü zərbə vurmalıydım ki, qapıçıya heç bir şans qalmasın".
