Azərbaycan prezidenti Canni İnfantinonu təbrik etdi
Azərbaycan prezidenti İlham Əliyev Canni İnfantinonu FİFA prezidenti seçilməsi münasibətilə təbrik edib. Azerisport.az xəbər verir ki, ölkə başçısının dünya futbol qurumunun yeni rəhbərinə göndərdiyi məktubda bunlar qeyd olunub:
"Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının prezidenti cənab Canni İnfantinoya
Hörmətli cənab İnfantino,
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Bu məsul və şərəfli vəzifəyə seçilməyiniz futbolun inkişafı sahəsində xidmətlərinizə verilən yüksək qiymət, beynəlxalq idman ictimaiyyətinin Sizə olan böyük etimadıdır. İnanıram ki, Azərbaycan ilə FİFA arasındakı əməkdaşlıq bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti".
