28 fevral 2016 11:00
Erat üçün 78 dəqiqə və bir xal
Almaniya Qərb Regional Liqasında 25-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Fortuna"nın 23 yaşlıları da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisinin ikinci komandası doğma meydanda "Erndtebrükker"lə qarşılaşıb. Görüş qolsuz başa çatıb. Start heyətdə meydana çıxan Erat 78-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, Toğrulun komandası hazırda 35 xalla 19 klub arasında 6-cı pillədə qərarlaşıb.
