28 fevral 2016 01:10
İsrafilov 90 dəqiqə oynadı, komandası uduzdu
Futbol üzrə İspaniyanın ikinci liqasında 27-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kordoba" da növbəti matçına çıxıb.
Futbolçumuzun komandası doğma meydanda "Osasuna" ilə qarşılaşıb. Matç "Kordoba"nın məğlubiyyəti ilə başa çatıb - 0:1. Eddi bu dəfə də start heyətdə meydana çıxıb və 90 dəqiqə mübarizə aparıb.
Qeyd edək ki, "Kordoba" geridə qalan turlarda topladığı 43 xalla 22 komanda arasında beşinci pillədə qərarlaşıb.
