28 fevral 2016 00:30

Rəşad Sadıqov: Belə rəqiblə oyunda hətta bir xalı da yaxşı nəticə saymaq olar

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri səfər oyunundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Oyun barədə nə deyərdiniz?
- Gözlədiyimiz kimi, gərgin oyun alındı. Səfərdə "İnter"ə qarşı oynamaq həmişə çətin olur. Həm də rəqib yaxşı formadadır. Onlar mövsümün ikinci hissəsinə pis başlasalar da, ötən turda qazandıqları qələbə sayəsində özlərinə gəlmişdilər. Biz bu gün hücum qurmaqda çətinlik çəkirdik. Baxmayaraq ki, oyuna nəzarət bizim əlimizdə idi. "İnter" isə bizi əks-hücumda tuta bildi. Bu üzdən də ikinci yarıda irəli atıldıq. Çox yaxşı ki, sonda məğlubiyyətdən qaça bildik. Belə rəqiblə oyunda hətta bir xalı da yaxşı nəticə saymaq olar.

- Amma oyun sadəcə, son on dəqiqədə qızışdı...
- Buna səbəb "İnter"in özünəməxsus oyun tərzinə malik olmasıdır. Onlara qarşı oynamaq çətin olur. Gərək xüsusi sistemlə oynayasan. Rəqib çox yaxşı müdafiə olunurdu. Bu da bizim istədiyimiz hücumları qurmağımıza mane olurdu. Rəqibin hücumlara hücumlarla cavab verməməsi vəziyyəti daha da çətinləşdirir. Belə olan vəziyyətdə baxımlı futbol nümayiş etdirmək də mümkünsüz olur.

- "Qarabağ" bir saatdan da çox vaxt ərzində rəqib qapısına zərbə endirə bilmədi. Bu, sadəcə, "İnter"in ağıllı müdafiə olunmasının nəticəsi idi?
- Həm bundan irəli gəlirdi, həm də biz rəqib qapısı qarşısında istədiyimiz hücumları qura bilməməyimizdən.

- Oyunun gedişində düşündünüz ki, artıq bu oyunda məğlub olacaqsınız və "Zirə" ilə xal fərqi daha da azalacaq?
- Bəli, belə düşündüyüm anlar oldu. Buraxdığımız qola görə də çox hirsli idim. "İnter"ə qol vurmağın həddən artıq çətin olduğunu da bilirdik. Çox səviyyəli müdafiəçiləri var. Bir anlıq düşündüm ki, bu gedişlə onlara qol vura bilmyəcəyik. Fasilədən sonra da belə anlar olurdu.

- Son dəqiqələrdə qol vuracağınızı hiss etdiyiniz üçün hücuma qoşulmağa başladınız?
- Baş məşqçi irəli getməyimi tapşırdı. Çünki itiriləcək heç nəyimiz yox idi. Ona görə də hücuma dəstək verməyə başladım. Allaha şükürlər olsun ki, bunun müsbət nəticəsini gördük.

- Növbəti turda "Zirə" ilə qarşılaşacaqsınız. Bunu altı xallıq və ya finala bərabər oyun adlandırmaq olar?
- Finala bərabər oyun olacağını deməzdim. Çünki hələ qarşıda çox oyunumuz var. Arada dörd xallıq fərq var. Qələbə qazanıb, xal fərqini daha da artırmağa çalışacağıq. Belə oyunlarda əsas hədəf uduzmamaqdır ki, xal fərqi olduğu kimi qalsın.

- Amma öncə kubokun 1/4 final mərhələsi çərçivəsində "Sumqayıt"la qarşılaşacaqsınız. Gərgin qrafik çıxışınıza mənfi təsir göstərməyəcək?
- Əlbəttə, bunun təsiri olacaq. Həm də kubokda "Sumqayıt"la qarşılaşacağıq. Onlar ilə pis başlasalar da, hiss olunur ki, son turlarda yaxşı forma yığıblar. Bizi həm çempionatda, həm də kubokda ağır oyunlar gözləyir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.