28 fevral 2016 00:35
Emin Nuri oynadı, Kalmar qrup mərhələsində ikinci qələbəsinə sevindi
İsveç kubokunda qrup mərhələsinin ikinci turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Emin Nurinin komandası - "Kalmar" da kubokda növbəti görüşünə çıxıb.
Sözügedən komanda 4-cü qrup çərçivəsində doğma meydanda "Assiriska" ilə qarşılaşıb. Oyun futbolçumuzun komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb. Nuri start heyətdə çıxdığı bu görüşdə sonadək meydanda olub.
Bu qələbə sayəsində futbolçumuzun komandası qrupunda vahid liderə çevrilib. Xatırladaq ki, "Kalmar" kubokun ilkin təsnifat mərhələsində "Halmia" ilə duellərdən qalib ayrılmışdı (1:1, 4:2). Qrup mərhələsindəki ilk oyununda isə "Varnamo" üzərində 2:1 hesablı qələbə qazanılmışdı.
