27 fevral 2016 20:40
Zaur Svanadze: Qarabağla heç-heçəni normal nəticə hesab edirəm
"İnter"in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "bankirlər"in gürcü çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Uşaqların sərgilədiyi oyundan razıyam. İkinci hissədə bizə bir qədər çətin oldu. Amma sonadək dayana bildilər və xal qazandılar. İkinci yarıda bir neçə qol şansımız da oldu, sadəcə, yararlana bilmədik. Yəqin ki, qələbə qazanmağımıza diqqətsizlik mane oldu. 2016-cı ilin ilk oyunlarında uğursuz çıxış etmişdik. Amma vəziyyət getdikcə düzəlir. "Qarabağ"la heç-heçəni də kifayət qədər normal nəticə hesab edirəm". (CBC)
