27 fevral 2016 20:20
Rəşad Sadıqov: Bu, mənim başla vurduğum ilk qol idi
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun lideri 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Rəqib bizə qarşı yaxşı hazırlaşmışdı, yaxşı oynadılar. Biz isə hücumlar qurmaqda çətinlik çəkirdik. Baxmayaraq ki, oyuna nəzarət bizim əlimizdə idi. Fasilədən sonra tamamilə hücuma atıldıq. Mənim hücuma qoşulmağımda qeyri-adi heç nə yoxdur. Ansi Aqollinin gözəl ötürməsindən sonra mənə qol vurmaqdan başqa heç nə qalmırdı. Bu, mənim başla vurduğum ilk qol idi". (CBC)
