27 fevral 2016 19:00
Vaqif Sadıqov: Bütün ilklərə imza atan Gəncə futbolu olub
Xəbər verdiyimiz kimi, bu gün AFFA-nın Məşqçilər Komitəsinin üzvləri Gəncəyə gələrək, “Kəpəz”in rəsmiləri ilə görüşüb. Azerisport.az xəbər verir ki, qurumun sədri Vaqif Sadıqov bu səfərlə bağlı klub saytına fikirlərini bölüşüb:
“Bütün ilklərə imza atan Gəncə futbolu olub. Bu gün komandaya azarkeş dəstəyi böyükdür. Biz hamımız arzulayırıq ki, “Kəpəz” çempionata rəng qatdığı kimi Avropada da sözünü deməyi bacaran komanda kimi çıxış etsin. Klub rəhbərliyi ilə səmərəli görüş keçirdik, problemlərlə tanış olduq”.
