27 fevral 2016 18:40

AFFA Məşqçilər Komitəsinin üzvləri Gəncədə

AFFA-nın Məşqçilər Komitəsinin üzvləri Gəncəyə gələrək, “Kəpəz”in rəsmiləri ilə görüşüb. Azerisport.az xəbər verir ki, qurumun sədri Vaqif Sadıqovun başçılıq etdiyi nümayəndə heyətində Ağasəlim Mircavadov və Şakir Qəribov ilə yanaşı, assosasiyanın İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov da yer alıb. Gəncə klubundan isə görüşdə Müşahidə Şurasının üzvləri Mikayıl Nərimanoğlu, Müzəffər Qasımov, icraçı direktor Mehman Allahverdiyev və komandanın baş məşqçisi Şahin Diniyev iştirak edib.

Qonaqlar klubdakı vəziyyətlə maraqlanıb, “Kəpəz”in elitaya çıxmaqla çempionata yenidən rəng qatdığını vurğulayıblar. Məşqçilər Komitəsinin üzvlərinə Gəncənin futbolla nəfəs aldığı, komandaya azarkeş marağının böyük olduğu bildirilib. Qarşılıqlı fikir mübadiləsindən sonra tərəflər Gəncə futbolu və “Kəpəz” ilə bağlı müəyyən məsələlər ətrafında müzakirələr aparıblar.

Qonaqlar həmçinin, Gəncədə yerli futbol infrastrukturu ilə tanış olub, Topaz Premyer Liqasının XXIII turu çərçivəsində “Kəpəz” – “Sumqayıt” oyununu izləyiblər. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.