27 fevral 2016 17:20
Adil Şükürov: Neftçiyə üç qol vuracağımızı gözləmirdik
"Zirə"nin baş məşqçisi Adil Şükürov Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 3:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Hər turda öz oyunumuzu daha da yaxşılaşdırmağa çalışırıq. Tədricən istədiyimiz oyunu sərgiləməyə başlamışıq. Azarkeşlərimiz də bu yolda bizə çox kömək edirlər. Demək olar ki, komandanın 12-ci oyunçusuna çevriliblər. Amma bu görüşdə üç qol vuracağımızı heç gözləmirdik. Baxmayaraq ki, qələbə tamamilə real idi". (CBC)
