27 fevral 2016 15:30
Zaur Axundov: Bakı AÇ-yə ev sahibliyi edə bilər
Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov bəyan edib ki, ölkəmiz Avropa çempionatının final mərhələsinə ev sahibliyi edə bilər. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Serbiyada yaradılan şərait xoşuma gəldi. Heç bir problemlə üzləşmədik. Oradakı təəssüratların təsiri altındayam. Fikrimcə, 2020-ci ildə Avropa çempionatını burada keçirə bilərik. Bunun üçün bizim hər cür infrastrukturumuz var".
