27 fevral 2016 14:30
İlqar Qurbanov: İnterlə oyun bizim üçün çox vacibdir
"Qarabağ"ın yarımmüdafiəçisi İlqar Qurbanov Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində "İnter"ə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Oyuna ciddi hazırlaşmışıq. "İnter"lə oyun bizim üçün çox vacibdir. Bu komanda doğma meydanda çox yaxşı oynayır. Həmişəki kimi, çətin oyun olacaq. Heyətində çox böyük təcrübəyə malik ağıllı futbolçular var. Maksimum diqqətli oynamalıyıq".
