27 fevral 2016 14:00
Elhad Nəziri Rumıniya klubu ilə müqavilə imzaladı
Azərbaycan yığmasının sabiq müdafiəçisi Elhad Nəzirinin Rumıniyanın "Metalul Reşitsa" klubuna keçidi rəsmiləşib. Azerisport.az xəbər verir ki, futbolçumuz artıq yeni klubu ilə müqavilə imzalayıb.
Azərbaycanlı müdafiəçi qarşıdakı yarım il ərzindı Rumıniyanın Liqa 2 təmsilçisində çıxış edəcək. O, yeni komandasında 19 nömrəli forma altında oynayacaq.
