27 fevral 2016 13:00
Adil Nağıyev: Neftçi ilə oyuna qələbə üçün çıxacağıq
"Zirə"nin müdafiəçisi Adil Nağıyev Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Neftçi" ilə oyuna qələbə üçün çıxacağıq. Xal ehtiyatımızı daha da yaxşılaşdırmaq istəyirik. Doğma meydanda oynamağımız bizim üçün əlavə stimul sayıla bilər. Bu rəqiblə əvvəlki oyunlarımızdan 4 xalla ayrılmışıq. Bu komandaya məğlub olmaq üçün səbəb görmürəm. Amma rəqib güclüdür və heyətində yaxşı ifaçılar var. "Neftçi"yə hörmətlə yanaşırıq, amma qalib gəlmək istəyirik".
