27 fevral 2016 12:30
"Qəbələdən ən azı bir xalla qayıtmaq istəyirik"
"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Asif Mirili Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yaxşı hazırlaşmışıq. Çünki bu oyun bizim üçün çox vacibdir. Bəzi görüşlərdə çox vacib xallar itirmişik. Qəbələdən ən azı bir xalla qayıtmaq istəyirik. Əlbəttə, rəqib bizdən güclüdür. Amma buna baxmayaraq, bizim uduzmaq fikrimiz yoxdur".
