27 fevral 2016 11:00
Azərbaycan yığmasının sabiq üzvü Rusiya klubunda
Rusiyada transfer pəncərəsinin son günündə - fevralın 27-də Armavir "Torpedo"su Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Abdulla Abatsiyevi sıralarına qatıb. Azerisport.az xəbər verir ki, bu komanda yeni mövsümdən Rusiya birinci divizionunda çıxış edəcək.
Qeyd edək ki, Abatsiyev son olaraq Bakı "İnter"ində çıxış edirdi. O, hətta Azərbaycan yığmasında da oynamağa imkan tapmışdı. Amma ötən ilin sonunda bu futbolçu Azərbaycan vətəndaşlığından imtina edərək, ölkəsinə qayıtmağa üstünlük vermişdi.
