27 fevral 2016 00:15
Rəşad Sadıqov: İnter lider komandalara qarşı yaxşı oyunuyla seçilir
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Topaz Premyer Liqasının növbəti turu çərçivəsində "İnter"ə qarşı keçirəcəkləri matç haqda danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Son 5-6 ildə bu komanda hər zaman bizə problemlər yaradıb. "İnter" xüsusi sistemlə oynayır. Hər bir rəqibə çətin anlar yaşadır. Yarandığı gündən liderlərə qarşı yaxşı oyunuyla seçilib. İkinci dövrəyə pis başlamışdılar. Son tur onu göstərdi ki, yaxşı formadadırlar. Kifayət qədər yaxşı heyətləri və məşqçilər var. "Qarabağ"ı gərgin matç gözləyir".
