Aleksandr Çertoqanov: Biz Gəncədə uduzmaq istəmirik
"Sumqayıt"ın yarımmüdafiəçisi Aleksandr Çertoqanov Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində "Kəpəz"ə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Kəpəz" yaxşı komandadır. Böyük azarkeş ordusuna malikdir. Futbol üçün daha nə lazımdır? Gəncə stadionunun qazonu ilə bağlı problem var. Biz də süni örtüklü meydanda oynayırıq. Amma biz bu səfər oyununda uduzmaq istəmirik. Meydana yaxşı oyun sərgiləmək üçün çıxacağıq. Ona görə də qazon barədə düşünmürük. Mövsümün sonunda neçənci yeri tutacağımızı indidən düşünməyə dəyməz. Əsas hər oyunda qələbə qazanmaqdır. Əlbəttə, bu mövsüm əvvəlkilərdən zəif keçir. Amma digər tərəfdən çoxlu gənc futbolçu peyda olub. Mövsümün sonuna gəlincə, çempion "Qarabağ" olacaq".
