26 fevral 2016 19:00

Qarabağ Xocalı faciəsini yad etdi

"Qarabağ" klubunda bu gün Xocalı faciəsi ilə bağlı toplantı keçirilib. Azerisport.az xəbər verir ki, toplantıda Ağdam klubunun prezidenti Tahir Gözəl də iştirak edib.

Məlum olduğu kimi, 1992-ci ildə, fevralın 26-sına keçən gecə nəinki Azərbaycan, eləcə də dünya tarixinə ən acımasız günlərdən biri qeydə alınıb. Erməni təcavüzkarlarının Xocalı şəhərində törətdikləri qətliam bəşər tarixinə qanlı hərflərlə düşüb. İllər keçsə də, xalqımız bu faciəni unutmur. "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl də hər il olduğu kimi bu il də analoji hadisənin qurbanlarını yad etmək üçün klub bazasını ziyarət edib. Baş tutan görüşdə ilk olaraq faciədə ölənlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Ardınca Tahir Gözəl 1992-ci ildə baş verən faciə haqqında danışıb. Məsələyə hər zaman olduğu kimi, fərqli yöndən yanaşan klub prezidenti baş verən faciənin bir millətin, xalqın deyil, bütün bəşəriyyətin üzüntüsünün olduğunu qeyd edib. O, 600-dən çox günahsız insanın qətl edilməsinə heç bir insani don geyindirməyin mümkün olmadığını bildirib. Yüzlərlə günahsız insanın qətl edilməsinin arxasında heç bir torpaq, milli inanc dayana bilməyəcəyini qeyd edib. Xocalıda baş verənlərin insanlıq üçün utancverici olduğunu bildirib. Xocalıda qətl edilən uşaqların sadəcə Azərbaycanın deyil, bütün xalqların övladları olduğunu bildirbi. Hər birimizin öncə insan olduğunu və yaradılış qayəmizdə qan tökməyin, pislik etməyin olmadığını vurğulayıb. Suriya və dünyanın başqa yerlərində tökülən insan qanlarının çox ağır olduğunu bildirib. Gözəl bütün dünyaya sülh, qansız, müharibəsiz həyat arzuladığını bildirib. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.