26 fevral 2016 18:40
Samir Abasov: Gəncədə bizi nə gözlədiyini hələ bilmirik
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində "Kəpəz"ə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Gəncəyə gedirik, orada məşq edəcəyik. Hələ Vurğun Hüseynovla Amil Yunanovun bizə kömək edib-etməyəcəyini bilmirik. Amma AZAL üzərindəki qələbədən sonra komandada atmosfer yaxşıdır. Bizi çətin və güclü rəqiblə oyun gözləyir. Gəncədə oynayan bütün komandalar oradakı qazondan şikayətlənir. Bizi orada nə gözlədiyini hələ bilmirik. Ola bilər ki, biz də oxşar vəziyyətlə üzləşək. Qazonun vəziyyətinə baxıb, ona uyğun taktika qurmağa çalışacağıq".
