26 fevral 2016 18:00
Premyer Liqada 23-cü turun oyunları 1 dəqiqəlik sükutla başlayacaq
Topaz Premyer Liqasında 23-cü turun oyunları 1 dəqiqəlik sükutla başlayacaq. Azerisport.az saytına Peşəkar Futbol Liqasından verilən məlumata görə, sabah baş tutacaq oyunlardan öncə 1992-ci ilin 26 fevral tarixində ermənilər tərəfindən Xocalıda törədilən faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq.
Eyni zamanda bu gün dünyasını dəyişən Tofiq Bəhramov adına respublika stadionunun keçmiş direktoru Akif İsmayılovun da xatirəsi anılacaq.
Qeyd edək ki, 23-cü turun bütün oyunları sabah - fevralın 27-də keçiriləcək.
