26 fevral 2016 17:20
Kəpəz Gəncədə məşqləri tamamladı
Topaz Premyer Liqasının 23-cü turunda doğma meydanda “Sumqayıt”ı qəbul edəcək “Kəpəz” bu gün Gəncəyə gəlib. Azerisport.az xəbər verir ki, komanda qarşıdakı oyun öncəsi son məşqini matçın keçiriləcəyi arenada keçib.
Mətbuat və azarkeşlər üçün açıq olan hazırlıq prosesi təxminən 50 dəqiqə sürüb və yüngül xarakter daşıyıb. İsinmə hərəkətlərinin yerinə yetirilməsi ilə başlayan məşq “kvadrat”la davam edib. Eyni vaxtda qolkiperlər qapıçılarla işləyən məşqçi Nadir Şükürovun rəhbərliyi altında ayrıca çalışıblar. Daha sonra qapıya doğru zərbələr endirən futbolçular müəyyən taktiki göstərişlər üzərində işləyiblər. (klub saytı)
