26 fevral 2016 17:00

Əsgər Abdullayev: Yekunda hər şey bizim istədiyimiz kimi olacaq

"Neftçi"nin baş məşqçisi Əsgər Abdullayev Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində "Zirə"yə qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- "Zirə" ilə oyundan nə gözləyirsiniz?
- Normal rejimdə hazırlaşırıq. Rahil Məmmədovun ayağında ağrılar var. Məqsəd İsayev də hələ zədəlidir. Amma bütövlükdə, ciddi itkimiz yoxdur.

- Nikolas Kanales "Zirə"yə qarşı oynaya bilər?
- Komanda ilə birgə məşq edir. Amma o, hələ tam hazır deyil. Dəqiq oynayacağını deyə bilmərəm. Ola bilər oynasın, ola bilər yox (gülür).

- "Neftçi" hələ zirəlilərə qalib gələ bilməyib...
- Bu komanda çox yaxşı kollektiv oyun sərgiləyir. Sürətli hücumlar qurmağı bacarırlar. Üçüncü dövrəyə də çox yaxşı başlayıblar. Təsadüfən ikinci pillədə qərarlaşmayıblar.

- Bəs komandanız belə bir rəqibə qalib gəlmək üçün nə etməlidir?
- Bizə öz futbolumuzu sərgiləmək lazımdır. Uğurlu çıxış etməyə çalışacağıq.

- Belə bir təəssürat var ki, "Neftçi" pis oynamır, amma yaxşı da oynamır...
- Bütövlükdə, belə deməzdim. "Qarabağ"a qarşı keçirdiyimiz sonuncu oyunu götürsək, gözlənilməz ilk qoldan sonra oyun intizamı pozuldu. Bu, bizim oyun planımıza çox ciddi təsir göstərdi. Çünki buraxılan qoldan sonra tələsməyə aşladıq. Tələsəndə də səhvlər qaçılmaz olur. İstədiyim oyunu komandamdan ala bilmədim.

- Digər uşaqları da öz ardınca aparmalı olan komandanın liderlərinin çıxışından razısınız?
- Hər şey o qədər də pis deyil. Səhvlər hər kəsdə olur. Futbol da səhvlər üzərində qurulmuş oyundur. Fikrimcə, yekunda hər şey bizim istədiyimiz kimi olacaq.

- Məsələn, Araz Abdullayev kapitan kimi sizi qane edir?
- Bu futbolçunun böyük potensialı var. Ondan çox şey gözləyirik. Mən bütün futbolçulara güvənirəm. Bu heyət qarşıya qoyulan bütün hədəflərə çata bilər. Komandadan xüsusi narazılığım yoxdur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.