26 fevral 2016 16:30
Qattuzo Prosineçkiyə rəqib ola bilər
Azərbaycan yığmasının yoxlama oyununda qarşılaşmağa hazırlaşdığı Qazaxıstan millisinin yeni baş məşqçisi hələ də müəyyənləşməyib. Azerisport.az xəbər verir ki, sözügedən ölkə yığmasını dünya çempionu Cennaro Qattuzonun çalışdıracağına dair xəbərlər yayılıb.
Onunla yanaşı slovakiyalı Vladimir Vayss da Qazaxıstan yığmasının çalışdırmağa əsas iki namizəddən biri hesab olunur. Qazaxıstan mətbuatının məlumatına görə, ölkə futbol federasiyası hazırda məhz bu iki mütəxəssislə danışıq aparır.
Maraq üçün qeyd edək ki, Vayssdan fərqli olaraq, Qattuzonun hazırda "Piza" klubu ilə bu ilin may ayına qədər müqaviləsi var.
