26 fevral 2016 16:00
Elbrus Məmmədov: Bu, bizim meydana məğlub olmaq üçün çıxacağımız anlamına gəlmir
"Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Komandamızda itkilər var. Amma ümid edirəm ki, zədəli futbolçularımız Qəbələdə bizə kömək edə biləcəklər. Oraya üç xal üçün gedirik. Bəli, bizi asan rəqib gözləmir. Amma bu, bizim bu oyuna məğlub olmaq üçün çıxacağımız anlamına gəlmir. Bizim hər oyunda xal qazanmaq şansımız var. Bu yolda mümkün hər şeydən yararlanmağa çalışacağıq. Əsas qol vurmaqdır".
