26 fevral 2016 15:30
Ceyhun Sultanov: Səlahət Ağayevin çıxışı bizi qane edir
"Sumqayıt"ın baş meneceri Ceyhun Sultanov komandanın qış fasiləsindən sonrakı çıxışını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qış fasiləsindən sonrakı ilk üç oyunumuzda zəif oynadıq. Ona görə də hər üç görüşdə uduzduq. Amma son oyunda qalib gəlməyimiz yaxşı oldu. Bu, bizi sevindirir. Qarşıda qalib gəlmək istədiyimiz növbəti oyunlar var. Yeni transferlərimizin çıxışı barədə danışmaq hələ tezdir. Bircə onu qeyd edə bilərəm ki, Səlahət Ağayevin çıxışı qənaətbəxşdir".
