Qurban Qurbanov: İnterlə oyunumuz hər zaman çətin olur
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində qarşılaşacaqları "İnter"lə görüş haqda danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İnter"lə oyunumuz hər zaman çətin olur. Yaxşı komandadır. Hər zaman sona qədər mübarizə aparırlar. Onlarla matçda səhvə yol vermək olmaz. Fikrimcə, bizi qarşıda çətin görüş gözləyir. Məşqlər plan üzrə davam edir, heç bir problem yoxdur".
Baş məşqçi Reynaldonun nə vaxt meydana qayıdacağıyla bağlı da danışıb: "Reynaldo kollektiv məşqlərə tam qoşulmayıb. Bizimlə birgə məşq edir, amma fərdi proqramla. Həkimlərlə məsləhətləşəcəyik, bundan sonra Reynaldonu meydanda görmək olar. Düşünürəm ki, ilk vaxtlarda onu qorumaq üçün az-az oynatmalıyıq. Yəqin, növbəti matçlarda bizə kömək edəcək".
