26 fevral 2016 13:00
Roman Qriqorçuk: Bizim üçün ən yaxşı nəticə üç xal qazanmaqdır
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Heyətdə itkilər var. Yenə Dodo və Aleksey Antonovsuz oynayacağıq. Rəşad Sadiqov ümumi qrupa qayıdıb. "Xəzər Lənkəran"ın son turlardakı oyunlarına baxmışam. Onlara qarşı oynamaq bütün rəqiblər üçün çətindir. Hələ heç kimə bu komandanı asanlıqla məğlub etmək nəsib olmayıb. Rəqibin heyətində çalışqan uşaqlar oynayır. Bizə öz istəyimizə çatmaq çətin olacaq. Başa düşürük ki, bizim üçün indiki məqamda ən yaxşı nəticə üç xal qazanmaqdır. Bütün gücümüzü də yalnız buna yönəltmişik".
