26 fevral 2016 11:40

Mətin Gülər: Rusiya qarşı sərgilədiyimiz oyunla istənilən rəqibə qalib gələ bilərik

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının yarımmüdafiəçisi Mətin Gülər Bakıda Rusiyaya qarşı keçirdikləri ikinci yoxlama oyunundan (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir.

- Rusiya ilə son oyunla bağlı nə deyə bilərsiniz?
- Görüşün startından son dəqiqələrənə qədər üstünlük bizim tərəfimizdə idi. Qol vəziyyətləri yaratdıq, sadəcə, uzun müddət onlardan yararlana bilmədik. Görüşün son dəqiqələrində fərqlənsək də, biz bu oyunda qələbəyə layiq idik.

- Bu oyunda baxımlı qola imza atdınız...
- Mən gözlədim ki, top mənə tam çatsın və dəqiq zərbə vurum. Şadam ki, qol vura bildim.

- Bu qələbəni əvvəlki oyundakı 1:5 hesablı məğlubiyyətin revanşı saymaq olar?
- Fikrimcə, Rusiyadan qisasımızı aldıq.

- Bəs ilk oyunda niyə elə böyük hesabla uduzmuşdunuz?
- Səhvlərə yol verdik və uduzduq. Baxmayaraq ki, ruslardan daha yaxşı oynamışdıq. Sadəcə, əks-hücumlar zamanı kobud səhvlər buraxdıq ki, bu da sonda məğlubiyyətlə nəticələndi.

- Qarşıda Ukrayna ilə yoxlama oyunları var. Həmin görüşlərdən nə gözləyirsiniz?
- Yaxşı komandadır. Biz əvvəllər onlarla görüşmüşük. Həmin görüşlər heç-heçə bitmişdi. Fikrimcə, bu dəfə Ukraynaya qalib gələcəyik. Baxmayaraq ki, heyətlərində güclü oyunçular var.

- Millimizin Bakıda keçiriləcək AÇ-2016-nın final mərhələsindəki hədəfi nədən ibarət olacaq?
- Rusiya ilə ikinci oyundakı kimi çıxış edə bilsək, istənilən rəqibə qalib gələrik. Bunu tam əminliklə söyləyirəm.

- Sizcə, millimizin AÇ-nin qalibi olması real görünür, yoxsa elə-belə arzudur?
- Fikrimcə, biz güclüyük. Amma səhvlərimiz olur. Sadəcə, Avropa çempionatına qədər bu səhvləri aradan qaldırmaq lazımdır. Buna nail ola bilsək, AÇ-ni qazana bilərik. Bu, heç də arzu deyil. Bizim hədəfimiz budur.

- "Beşiktaş"dakı işləriniz necə gedir?
- Normal.

- 1:5 hesablı məğlubiyyətdən sonra klubunuzdan kimsə zəng etməyib?
- Xeyr, "Beşiktaş"dan əlaqə saxlayan olmayıb.

- Gələcəkdə Azərbaycan və Türkiyə yığmaları arasında seçim etməli olsanız, hansı addımı atacaqsınız?
- Hələ bu suala cavab vermək istəmirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.