26 fevral 2016 11:00
Qurban Qurbanov: İK-ya namizəd olmağım hələ seçilməyim demək deyil
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov martın 11-də AFFA İcraiyyə Komitəsinə klub tərəfindən namizəd olmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Namizədliyimin sürülməsi klub tərəfindən böyük etimaddır. Amma namizəd olmağım hələ seçilməyim demək deyil. Əgər seçilsəm, İcraiyyə Komitəsində səmərəli işləməyə çalışacağam. Fikrimcə, bu, mənim çox vaxtımı almayacaq. Nəzərə alaq ki, il ərzində bir neçə iclas olur, buna o qədər də böyük vaxt tələb olunmur. Seçkilərin necə olacağını bilmirəm".
