25 fevral 2016 18:40
"Birinci oyunda qeydə alınan böyükhesablı məğlubiyyətin təsadüfi olduğunu göstərdik"
17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Rusiya yığmaları arasında keçirilmiş yoxlama oyunundan sonra millimizin baş məşqçisi Təbriz Həsənov fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının baş məşqçisi 1:0 hesablı qələbəni belə şərh edib:
“Birinci oyunla budəfəki qarşılaşmanı müqayisə etsək, fərqin böyük olduğunu görərik. Nizam-intizam qaydasındaydı, futbolçular əzmkarlıq nümayiş etdirdilər, qələbə istəyi daha çox idi. Səhvlərimizi düzəltdik və birinci oyunda qeydə alınan böyükhesablı məğlubiyyətin təsadüfi olduğunu göstərdik.
İlk qarşılaşmada bəsit səhvlərə yol verdik və nəticədə böyük hesabla yenildik. Futbolçular bundan nəticə çıxardılar və şanslarını dəyərləndirdilər”.
